YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid ailələri YAP-ın namizədlərini dəstəkləyir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xəzər rayonu Mərdəkan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin şəhid Allahverdi Allahverdiyevin ailəsi ilə görüşü keçirilib.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, şəhid ailələrinə göstərilən diqqət və qayğının önəmini vurğulayıb. O, partiyanın şəhid ailələrinin sosial rifahını artırmaq və onların problemlərinə həssas yanaşmaq istiqamətində daim səy göstərdiyini qeyd edib. Təşkilat sədri YAP-ın bələdiyyə seçkilərindəki namizədlərinin bu prinsipləri rəhbər tutaraq şəhid ailələrinin yanında olacaqlarını və onların hüquqlarını qorumaq üçün çalışacaqlarını bildirib. Bu yanaşma partiyanın cəmiyyətin hər bir təbəqəsinə, xüsusən də şəhid ailələrinə olan dərin hörmətinin və dəstəyinin bariz nümunəsidir.

Tədbirdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər  Sevinc Atayeva, Nicat Məmmədov ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar.

Ziyarət olunan şəhid Allahverdi Allahverdiyevin ailə üzvləri şəhid ailələri və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirərək  yeni zəfərlər naminə yanvarın 29-da keçiriləcək seçkilərdə YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.