Xəbərlər
“Seçimimiz YAP-ın namizədidir!”

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Hacıqabul rayonu Meyniman bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov Prezident, YAP Sədri İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin xalqımıza tarixi nailiyyətlər qazandırdığını deyib. Onun sözlərinə görə, həyata keçirilən sosial-iqtisadi islahatların uğurlu nəticəsi olaraq dövlətimizin qüdrəti daha da artıb, xalqımızın rifah halı daha da yaxşılaşıb.
Seçki qərargahının üzvü Həbib İbrahimov, təşviqat qrupunun üzvləri Vüsal Nağıyev, Rabil Tağıyev və bələdiyyə üzvlüyünə namizədlər Sahil Ağayev, Anar Ağamalıyev, Gəncalı Əliyev YAP-ın ölkənin aparıcı siyasi qüvvəsi kimi növbəti dəfə xalqın dəstəyi ilə qələbə qazanacağına inamını ifadə edib.
Seçicilər Aydın Hüseynov, Musa Mahmudov və digərləri də öz növbəsində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini ifadə ediblər. “Seçimimiz YAP-ın namizədidir!”, - deyə vurğulanıb.
Qeyd edək ki, Hacıqabul rayonu Hacıqabul bələdiyyəsi üzrə partiya namizədi Sahil Şükürov, Abdulabad bələdiyyəsi üzrə YAP namizədi Elçin Nəzərov, Atbulaq-Navahı bələdiyyəsi üzrə YAP namizədi Aytən Gülalıyeva, Udullu bələdiyyəsi üzrə YAP namizədləri Mətləb İbrahimov, Nemət Qasımov, Rəncbər bələdiyyəsi üzrə YAP namizədləri Əlibala Şirəliyev, Əllamə İsmayılov və Teymur Mehtiyev seçicilərlə fərdi və məhəllə görüşləri də keçiriblər.