YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni dövrün hədəfləri naminə!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yardımlı rayonu, Aşağı Astanlı bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Yardımlı rayon təşkilatının məsləhətçisi Şaiq Zaidli bildirib ki, seçki kampaniyası ölkədə böyük ruh yüksəkliyi ilə qarşılanır. O, seçicilərə müraciət edərək qarşıdan gələn bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb. Həmçinin, Ş.Zaidli YAP-ın ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında mühüm rolundan geniş bəhs edib.

Görüşdə çıxış edən bələdiyyə üzvlüyünə namizəd Məhəmməd Adiyev qeyd edib ki, bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaq Yeni Azərbaycan Partiyası üzvləri öz fəaliyyətlərini yeni hədəflər istiqamətində quracaqlar.

Görüşlər zamanı seçicilər Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini vurğulayıblar.