YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni reallıqlardan irəli gələn hədəflərlə...

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Tərtər rayonu Qaradağlı, Seydimli bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən seçki qərargahının üzvü Azər Ağayev qarşıdan gələn bələdiyyə seçkilərinə YAP-ın qələbə əzmi ilə qatıldığını bildirib. Qeyd olunub ki, yerli ozünüidarəetmənin həyata keçirilməsinin mühüm formalarından biri də bələdiyyə seçkiləridir.

Seydimli bələdiyyəsi üzrə namizəd Kəmaləddin Heydərov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən demokratik islahatların davamı olaraq Azərbaycan Respublikasında yerli özünüidarəetmə institutu yaradılıb və 1999-cu ilin dekabr ayında bələdiyyələrə ilk seçkilər keçirilib. Onun sözlərinə görə, çoxşaxəli islahatlar kursunun mühüm tərkib hissəsi kimi həyata keçirilən ardıcıl tədbirlər bələdiyyə institutunun təkmilləşdirilməsinə öz töhfəsini verib.

Görüş zamanı seçicilər YAP-ın fəaliyyəti dəstəklədiklərini və bələdiyyə seçkilərində bu partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, görüş çərçivəsində YAP-ın seçki proqramı ilə bağlı bukletlər paylanılıb.