Xəbərlər
Böyük yola davam
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ordubad rayonu Nüsnüs bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov Yeni Azərbaycan Partiyasının öz sıralarında 700 mindən çox insanı birləşdirdiyini və yüksək siyasi nüfuzu ilə fərqləndiyini deyib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası xalqın etimadını qazanan və doğruldan aparıcı partiyadır.
Təşviqat qrupunun üzvləri Yunis Hüseynov, Kamal Lütvəliyev, bələdiyyə üzvlüyünə namizədlər Şəhrud Cəfərov, Nurlan Abdullazadə və Nihad Cəfərli ölkəmizdə keçiriləcək seçkilərin əhəmiyyətindən bəhs ediblər. Onlar seçiciləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər də çıxışlarında yanvarın 29-da seçki məntəqələrinə gedərək YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.
Qeyd edək ki, Düylün bələdiyyəsi üzrə YAP-ın namizədi Elgün Nəcəfov seçicilərlə məhəllə görüşləri də keçirib.