YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın gücü, qüvvəsi ədalətli, haqlı mövqedən çıxış etməsindədir

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Ötən ilin dekabr ayı təəssüf ki, faciəli hadisənin baş verməsi ilə yadda qaldı.Yeni il ərəfəsində, dekabr ayının 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradı. Hadisə nəticəsində 38 nəfər həlak oldu, 29 nəfər isə yaralandı. Bayram ab-havasında olan xalqımızı bu xəbər çox sarsıtdı.

Prezident İlham Əliyev ənənəvi olaraq hər ilin sonunda keçirilən MDB üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Sankt-Peterburqa gedərkən təyyarə qəzası xəbərini alır və dərhal Vətənə qayıdır. Ölkə Prezidenti elə Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verir, hadisənin tam araşdırılması üçün operativ müşavirə keçirir. Hadisənin baş vermə şəraitinin müəyyən edilməsi üçün görülən tədbirlər, o cümlədən bir qrup azərbaycanlı həkimin Qazaxıstana göndərilməsi və cinayət işinin başlanması barədə ətraflı məlumat verən ölkə Prezidenti müsahibə zamanı bildirib ki, müxtəlif fərziyyələr var. Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qroznı tərəfindən göndərildi ki, çünki təyyarə artıq idarəolunmaz vəziyyətdə idi və ehtimal böyük idi ki, təyyarə dənizə düşəcək. Belə olan halda, ört-basdır cəhdləri uğurla nəticələnəcək və dırnaqarası quş versiyası əsas versiya kimi təqdim ediləcək. Bəzi mütəxəssislərin fikirlərinə görə, Aktau ona görə seçilmişdir ki, orada açıq məkandır və yaşayış yerləri hava limanından uzaqdır və təyyarə ekipajı fərz edə bilərdi ki, bu, qəza enişi olacaq və bunun üçün daha uyğun yer seçmişdi. Ancaq digər tərəfdən, yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi. Yəni, bütün bu suallara hələ ki, cavab yoxdur. Biz Azərbaycan tərəfi və şəxsən mən maksimum ədalətli olmağa çalışırıq.

Bəli, Azərbaycan dövlətinin, xalqımızın Liderinin gücü, qüvvəsi ədalətli, haqqlı mövqedən çıxış etməsindədir. Ölkə Prezidenti İlham Əliyev dövlət televiziyasına verdiyi müsahibəsində ölkəmizin mövqeyini aydın şəkildə qeyd etməklə prinsipiallığını, qətiyyətini bir daha nümayiş etdirdi.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar ölkə Prezidenti İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzaladı. Ölkəmizin hər yerində qəza nəticəsində həyatlarını itirən soydaşlarımızın xatirəsi anıldı.

Yanvarın 6-da “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşən ölkə Prezidenti İlham Əliyev bildirib ki, “Qara qutu”ların açılması prosesi başlanmışdır. Bizim təkidimizlə bu proses Braziliyada həyata keçirilir. Mən bunu dekabrın 29-da televiziyaya müsahibəmdə demişdim ki, biz bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”ları açmasına qəti etiraz etmişdik. Çünki burada obyektivlik sual altına düşə bilərdi. Burada hüquqi dillə desək, maraqlar toqquşması ola bilərdi. Ona görə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada “qara qutu”ların təhlilinə başlanılmışdır və yəqin ki, yaxın gələcəkdə bu barədə də məlumat veriləcək. Təbii ki, bu günə qədər hələ də açıq olmayan bütün məsələlər də üzə çıxacaq. Gün kimi aydın olan məsələlər ondan ibarətdir ki, təyyarə radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bizə bəlli olan digər məsələ ondan ibarətdir ki, təyyarə yerdən açılan atəş nəticəsində zədələnmişdir. Ancaq nə üçün təyyarə Aktau istiqamətinə göndərilmişdir? Bu barədə bizdə hələ ki, məlumat yoxdur. Bu, yerli dispetçerlər tərəfindən qəbul edilmiş qərar əsasında baş verib, yoxsa pilotlar özləri başa düşərək ki, artıq Rusiyanın hava məkanında radioelektron mübarizə vasitələri onlara eniş etmək üçün imkan verməyəcək və özləri bu seçimi ediblər. Bu barədə hələ ki, bizdə məlumat yoxdur. Təbii ki, “qara qutu”lar açılandan sonra bütün bu məlumatlar olacaq.

Prezident İlham Əliyevin pilotların və bütün ekipajın böyük qəhrəmanlıq göstərməsini bir daha xüsusi ilə vuğulaması onu təsdiq etdi ki, ölkə başçısı hər bir vətəndaşının yanındadır. Qalib Liderimiz hər zaman dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını vurğulayır və həyata keçirilən tədbirlər bunu təsdiq edir. Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin “qara qutu”sunun istehsalçı ölkə Braziliyada oxunması suveren dövlətimizin siyasi iradəsinin, qətiyyətinin, gücünün göstəricisi idi. Ölkə Prezidenti İlham Əliyevin təyyarə qəzası zamanı həlak olmuş soydaşlarımızın vida mərasiminə gəlməsi, həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşməsi, onlara ali mükafatı təqdim etməsi xalqın inandığı, güvəndiyi Qalib Liderimizin sevincli günlərdə də, kədərli günlərdə də xalqının, hər bir vətandaşının yanında olduğunun növbəti təsdiqi idi.