Xəbərlər
Macarıstan Prezidenti Tamaş Şuyok Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib
Macarıstan Prezidenti Tamaş Şuyok Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir: "Hörmətli cənab Prezident.
İcazə verin, çoxlu sayda insanın həlak olması ilə nəticələnən faciəvi təyyarə qəzası ilə bağlı Macarıstan xalqı adından və şəxsən öz adımdan səmimi başsağlığımı çatdırım. Dualarım və düşüncələrim həlak olanların və onların ailə üzvlərinin yanındadır".