YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanovda humanitar yardım aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə humanitar yardım aksiyası keçirilib.

Aksiya çərçivəsində YAP Nərimanov rayon təşkilatının əməkdaşları tərəfindən rayon ərazisində yaşayan 40-dan çox şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatları təqdim olunub.

Qeyd edək ki, YAP Nərimanov rayon təşkilatı və “Baku Steel Company” QSC-nin birgə təşəbbüsü ilə keçirilən aksiya zamanı şəhid və qazi ailələrinin azyaşlı övladlarına bayram hədiyyələri təqdim olunub.