YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda şəhidin xatirəsi anılıb

Nərimanov rayonunda Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuş Mikayıl Vüqar oğlu Həmidlinin doğum günü qeyd olunub

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, YAP İdarə Heyətinin üzvü Milli Məclisin deputatı Hikmət Məmmədov, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev və ictimaiyyət nümayəndələri şəhidin II Fəxri Xiyabanda yerləşən məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.

Çıxışlarda şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğu bildirilib.

Sonra şəhidin əziz xatirəsinə ehtiram əlaməti olaraq ehsan süfrəsi açılıb.

DİGƏR Xəbərlər Arxiv