YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət başçısının uğurlu siyasəti ölkəmizin qüdrətinin daha da artmasına möhkəm zəmin yaradacaq

Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Ağalar Vəliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə seçicilərinə, ağsaqqallara, şəhid və qazi ailələrinə təbrik ünvanlayıb.

Təbrikdə deyilir ki, artıq dördüncü ildir ki, Azərbaycan xalqı bu bayramları son 200 illik tariximizin ən parlaq səhifəsi və əbədi qürur mənbəyimiz olan şanlı Zəfərimizin doğurduğu qalibiyyət ovqatı və fəxarət hissi ilə qeyd edir.

Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Vətən Müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan misilsiz hərbi, siyasi, diplomatik qələbələr qazanıb, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub.

Müstəqilliyinin ən qüdrətli dövrünə qədəm qoyan ölkəmiz qalib dövlət kimi Tarixi Zəfərimizdən və Böyük Qayıdışımızdan irəli gələn yeni hədəflərinin müəyyənləşdiyi əlamətdar bir dönəmini yaşayır.  

Hər zaman olduğu kimi, Azərbaycan xalqı bu gün də qətiyyətlə inanır ki, müharibədən sonrakı dövrdə  keyfiyyətcə yeni strateji mərhələdə dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət ölkəmizin qüdrətinin daha da artmasına möhkəm zəmin yaradacaq.

Milli Məclisin üzvü Xaçmaz rayonunda seçicilərini növbəti dəfə qəbul edib, səmimi və işgüzar şəraitdə keçən qəbulda rayon ictimaiyyətinin və seçicilərin müxtəlif təbəqələrinin nümayəndələri təmsil olunub.

Şəhid ailələri, qazilər, müharibə veteranları daxil olmaqla qəbulda olan vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılıb, sosial məsələlərlə bağlı müraciətlər yerindəcə təmin edilib, qaldırılan digər məsələlərlə bağlı aidiyyatı üzrə müvafiq tədbirlərin görüləcəyi qəbul iştirakçılarına bildirilib.

Eyni zamanda, millət vəkilinin təşəbbüsü və dəstəyi ilə bayramlar münasibətilə Seçki Dairəsi üzrə Xaçmaz rayonundan 1025 şəhid, qazi, əlil və aztəminatlı ailəyə, Ucar, Yevlax, Goranboy, Tərtər və Bərdə rayonlarından isə 255 ağsaqqala təbrik açıqcaları ilə birgə bayram sovqatları çatdırılıb.

Ağsaqqallar, şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə ediblər.