Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Koreya Prezidenti xanım Pak Kın Heyə təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti xanım Pak Kın Heyə bu ölkənin milli bayramı – Dövlətin yaranması günü münasibətilə təbrik ünvanladı.
Təbrikdə deyilir: “Əminəm ki, ölkələrimiz və xalqlarımız arasında daim möhkəmlənən dostluq əlaqələri, müxtəlif sahələri əhatə edən səmərəli əməkdaşlığımız bundan sonra da ikitərəfli münasibətlərimizin inkişafına xidmət edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və firavanlıq arzulayıram.”