Xəbərlər
"Heydər Əliyev Azərbaycanın dövlətçilik salnaməsində zəngin irs yaradıb"
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının və “M.Qasımov küçəsi 1B” ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Kliniki Tibbi Mərkəzdə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir başlayıb.
Tədbirdə çıxış edən “Kliniki Tibbi Mərkəz” PHŞ-nin baş həkimi Hüseyn Məsimov, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov və digərləri Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik salnaməsində zəngin irs yaratdığını deyiblər. Qeyd olunub ki, Ümummilli Liderin respublikamıza rəhbərlik etdiyi dövrlər şanlı tariximizə davamlı və hərtərəfli inkişaf mərhələləri kimi yazılıb.
Həmçinin o da qeyd olunub ki, Ulu Öndərin qurucusu olduğu Yeni Azərbaycan Partiyası tarixi əhəmiyyətli nailiyyətlərə imza ataraq yeni Azərbaycanın qüdrətinin daha da artmasına müstəsna töhfələr verir.