YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Nə qədər ki Azərbaycan var mən də varam...”

Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatında “Nə qədər ki Azərbaycan var mən də varam...” mövzusunda tədbir keçirilib.

Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxış ediblər.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışılıb. Qeyd olunub ki, Azərbaycan məhz Ümummilli Lider uzaqgörən siyasəti sayəsində müstəqillik qazanıb, parçalanmaqdan və xaosdan xilas olub.

Bu gün Azərbaycan Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən nüfuzlu dövlət kimi tanınır.