Xəbərlər
“Ulu Öndər Heydər Əliyevin siyasi irsi: Güclü dövlətin əsasları”
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin siyasi irsi: Güclü dövlətin əsasları” adlı tədbir keçirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Milli Məclisin deputatları Ülvi Quliyev və Göydəniz Qəhrəmanov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin direktoru Arif Qaraşov, AMEA Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Sənan Həsənov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Respublikasının Xalq artisti Məleykə Əsədova, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayonu Mənzil Kommunal-Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov, ictimaiyyət nümayəndələri və fəal gənclər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirib ki, Ulu Öndər Heydər Əliyev həm tarixi yaradan, həm də tarixi şəxsiyyətdir. Qeyd olunub ki, Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən Ümummilli Lider bugünkü müstəqil Azərbaycanın memarıdır. Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazda lider dövlətə çevrilib.
Tədbir Xalq artisti Məleykə Əsədovanın təqdimatında bədii hissə ilə davam edib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.