Xəbərlər
Azərbaycan Ümummilli Liderin ideyaları əsasında inkişaf edir
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa təşkil edilib.
Rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev Azərbaycan xalqının ən ağır, taleyüklü dövründə Ümummilli Lider Heydər Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının təsis edilməsindən, partiyanın keçdiyi şərəfli mübarizə yolundan, Ulu Öndərin dövlət qarşısında xidmətlərindən danışıblar. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin bütün sahələrdə böyük inkişaf yolu keçdiyi qeyd olunub.
Rayonun Həsənqaya kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlqar Həsənov, 2 nömrəli məktəb-liseyin müəllimi Tamella Tağıyeva, Tərtər şəhər 6 nömrəli tam orta məktəbin müəllimi Dürdanə Quliyeva da çıxışlarında Azərbaycanın Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf etdiyini deyiblər.