YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndərin Anım Günü tarixi Zəfərin işığında qeyd olunur

Səbinə Xasayeva

Milli Məclisin deputatı

Dekabrın 12-si böyük tarixi şəxsiyyət Heydər Əliyevin Anım Günüdür. Bu, Azərbaycanın dövlətçilik tarixinin mərhələlərinin  xatırlanması günüdür...

Heydər Əliyev böyük tarixi şəxsiyyət idi. 60-cı illərdə Azərbaycanda hakimiyyətdə ol­duğu dövrdə də Azərbaycanın rifahına çalışırdı, XX əsrin sonlarında, Azərbaycanın döv­lət müstəqilliyi bərpa edildikdən sonra da. Sovetlər Burliyinin tərkibində buna nail olmaq asan deyildi. Moskva respublikalara, bu sıradan Azərbaycana əyalət kimi baxırdı. Belə olsa da Hey­dər Əliyevin Azərbaycana sevgisi, dərin təfəkkürü, inandırma bacarığı, hadisələr və faktlar ara­sında məntiqi əlaqələri görmək, araşdırmaq, aşkarlamaq, gərəklisini ayırd etmək istedadı Azər­baycanın ittifaq tərkibində də olsa inkişafını təmin edirdi.

Böyük Britaniyanın Baş naziri Toni Bleyer böyük siyasi xadim və siyasət fenomeni olan Heydər Əliyev haqqında demişdi: “Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böh­ranlar dövründə öz öl­kə­si­nə sa­bitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər”. Bu fikirlər azərbaycan gerçəklikləri idi və səmimiyyətlə etidaf edilirdi.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü il­dən təhlükəsizlik orqanları sistemində işləyib. 1964-cü ildən Azərbaycan SSR Nazirlər So­ve­ti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən sədri təyin olu­nub. Ona gene­ral-mayor rütbəsi verilib. Leninqrad (indiki Sankt-Peter­burq) şəhərində xüsusi ali təhsil alıb. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültə­si­ni bitirib.  1969-cu il iyul ple­nu­mun­da Azərbaycan Kommunist Partiyası Mər­kəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bunlar böyük tarixi şəxsiyyət Heydər Əliyevin ən böyük (və ən eti­barlı) zə­manə­ti­nin,  siyasi nüfuzunun nəticəsi idi, idarəetmə bacarığı idi, təşkilatçılıq qüdrəti idi, ...

 Heydər Əliyev 1969-cu ildə Azər­baycan KP MK-nın birinci katibi təyin olunandan az sonra Azərbaycan iqtisadi baxım­dan inkişaf edib, ittifaqda fərqlənən respublikalardan biri olub. Ra­yonlarda mədəniyyət evləri, xəstəxanalar, klublar tiki­lib, elm, ədəbiyyat, incəsənət xa­dim­lərinin abidə­lə­ri ucal­dı­lıb. Bakıda, eləcə də ayrı-ayrı rayon­larda böyük sənaye müəs­si­sələri inşa edilib. Bakı Məişət Kondisionerləri za­vodu, Radio zavod, Ozon zavodu və digərləri məhz Heydər Əli­yevin təşəbbüsü və təkidi ilə inşa edilib. Bunlar Azərbaycanda sənayenin dinamik inkişafı şəbəkəsinin bir hissəsi idi və Ulu Öndər bu şəbə­kə­nin daha yeni texnolo­gi­ya­larla təkmilləşdirilməsini hamişə nəzarətdə saxlayırdı. Məhz bunun nəticəsi idi ki, Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azər­bay­can Respub­li­kası Sovet İttifaqının müt­tə­fiq respublikaları arasında bütün göstəri­ci­lə­rə görə so­nun­cu yerlərdə idi. Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə Azər­baycan in­kişaf etmiş sənaye respublikası kimi tanınıb, yün­gül sənaye və  kənd təsərrüfatı ittifaqda ən inkişaf etmiş iqtisadiyyat şəbəkə­lə­rin­dən biri ol­ub.

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan üçün ən böyük xidmətlərindən biri də Bakıda ibtidai hərbi məktəbin açılması olub. Moskva bunu istəmirmiş, çox yüksək rüt­bəli hərb xadimlə­ri­nin, nüfuzlu dövət məmurlarının qərəzli rəylərinə görə Moskva məktəbin açıl­ma­sını nəinki ləngitmək, həm də birdəfəlik ləğv etmək istəyirdi. Ancaq dahi şəxsiyyətin tə­kid­lərini, mən­tiq­li əsaslandırmalarını üstələyən arqument tapa bilmədikləri üçün sonda  Mosk­va bu məktəbin açılmasına razılıq verib. C.Naxçı­vans­ki adına hərbi məktəb belə yara­dılıb, bu məktəbin istər Birinci Qarabağ müharibəsində, istərsə də İkinci Qarabağ mühari­bə­sində onlarla məzunu yüksək hərbi rütbəyə və adlara layiq görülüb.

Ən böyük azərbaycanlı olan Heydər Əliyev Bakıda fəaliyyət göstərən ali hərbi məktə­bin rəisi vəzifəsinə azərbaycanlı generalın təyin olunmasına da nail olub, bundan sonra bu mək­təbə daha çox azərbaycanlı gənc qəbil edilib. İllər sonra onlar müstəqil Azərbaycan ordu­sun­da xidmət ediblər.

1977-ci ildə SSRİ Konstitusiyası, 1978-ci ildə Azərbaycan Konstitusiyası qəbul edi­lərkən ermənilər müx­təlif mərkəzi orqanlara müraciət edərək Dağlıq Qarabağın Ermə­nis­tana birləşdirilməsi məsələsini yenidən qaldırıblar. Hey­dər Əliyev Sov.İKP MK-nın Baş ka­ti­bi L.İ.Brejnevlə görüşüb, ermə­ni­lərin əsassız id­dia­sı­nın yolve­ril­məzliyini qəti həll edib.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanın gələcəyini siyasi birlik müstə­vi­sində durulaşdırmaq istəyirdi və bu niyyətlə də ən dürüst, ən aydın məramlı Yeni Azərbaycan partiyasını yaratdı. Bu patriya Azərbaycan gerçəkliklərinin dövlətə və xalqa gərəkli məqam­la­rını inkişaf etdirdi, zərərlilərin islahına nail oldu...

Azərbaycan məfkurəsinin, azərbaycançılıq mədəniyyətinin min illərlə səsləşdiyini dün­ya ictimaiyyətinin düşüncələrinə hopdurmaq üçün “Kitabi-Dədə Qorqud”un 1330 illik yu­bi­le­yi­nin keçirilməsini təmin etdi, dünyanın müxtəlif dövlətlərində yaşayan azərbay­can­lı­ların həmrəyliyini ideoloji təşkilatlanma səviyyəsində təşkil etdi, Dünya azərbaycanlılarının Həm­rəy­lik gününün təsis edilməsi də bu niyyətin tərkib hissələrindən biri oldu. Dünya azər­bay­can­lılarının qurultayının çağırılması Azərbaycan dövlətçiliynə, azərbaycançılığa sevgi­nin təzahürü kimi tarixləşdi.

"Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sev­mə­si və onu qorumaq hissidir" deyən böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə digər iştirakçı dövlətlər kimi Azərbaycanın da iqtisadi inkişafında mühüm mərhələ oldu. Bu müqavilə azərbaycanın dünya dövlətləri arasında siyasi nüfuzunu da yüksəltdi. “Böyük İpək Yolu” da Azərbaycan üçün eyni səviyyədə əhəmiyyətli oldu. Bu da Ümummilli Liderin Azərbaycana böyük xidmətlərindən biridir.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev 1998-ci il fev­ra­lın 18-də Yeni Azərbaycan Parti­ya­sı­nın gənclər birliyi nüma­yən­dələrinin ümumrespublika toplantısında demişdi: "Bizim və­tən­daşlıq borcu­muz milli-mənəvi dəyərlərimizə, doğma torpa­ğı­mı­za, doğma ana dilimizə, bö­yük və zəngin tariximizə, millətimizə sadiq olmaq­dan ibarətdir"...

Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olun­­ma­sını arzulayırdı. Azərbaycanın Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əli­ye­vin sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu....

Dörd ildi Ulu Öndərin Anım Günü tarixi Zəfərin işığında qeyd olunur...