Xəbərlər
Milli Məclisin deputatı Malik Həsənov növbəti dəfə seçicilərlə görüşüb
Milli Məclisin deputatı Malik Həsənov Cəlilabad rayonunun Privolnoye kəndində seçicilərlə görüş keçirib.
Deputat Malik Həsənov görüşdə seçicilərin müraciətlərini dinləyib, onların qaldırdıqları məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Vətəndaşlar tərəfindən edilən müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlər nəzarətə götürülərək aidiyyəti qurumlara yönləndirilib.
Millət vəkili dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, daxil olmuş vətəndaş müraciətlərinə yüksək həssaslıqla yanaşıldığını, problemlərin hərtərəfli araşdırılaraq, onların həlli istiqamətində müvafiq addımlar atıldığını diqqətə çatdırıb.
Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.