Xəbərlər
YAP: Xalqa xidmətin 32 illik təcəssümü
Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının nümayəndələri partiyanın yaranmasının 32-ci ildönümü ilə əlaqədar şəhid ailələri ilə görüşlər keçirib, həmçinin onlara ərzaq yardımı göstəriblər.
Görüşlərdə təşkilatın sədri Məhəmməd Balaqadaşov ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib.
Şəhid ailələri, YAP Xaçmaz rayon təşkilatının bu təşəbbüsünü yüksək qiymətləndirərək minnətdarlıqlarını ifadə ediblər. Onlar, Prezident, YAP-ın Sədri cənab İlham Əliyevə, həmçinin birinci xanım Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.