YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Mülkü əhaliyə atəş açmaq bütün beynəlxalq konvensiyalarla qadağan olunur və yolverilməzdir

«Ağdamın Qaradağlı kənd sakini Bəhram Bağırovun düşmən tərəfindən öldürülməsi və bundan əvvəl Tərtərdə toy məclisinin atəşə tutulması Ermənistanın əsl mahiyyətini- alçaqlığını və rəzilliyini bir daha nümayiş etdirdi». Bu fikirləri ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, bu, həm də Azərbaycan Ordusunun sarsıdıcı zərbələrinə tab gətirməyən və çoxlu sayda itgi verən işğalçı ordunun düşdüyü çarəsiz və gərgin psixoloji durumun göstəricisidir. Onun fikrincə, görünür, əsgərlərimizin qarşısında aciz qalan ermənilər mülkü əhaliyə atəş açmaqla qisas almağa çalışırlar.

«Mülkü əhaliyə atəş açmaq isə bütün beynəlxalq konvensiyalarla qadağan olunur və yolverilməzdir. Ona görə də, Ermənistanın bu hərəkətinə beynəlxalq qurumlar, ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri təcili münasibət bildirməli və onu qəti şəkildə pisləməlidirlər»- deyə, A.Quliyev vurğulayıb.