Xəbərlər
Robert Sekuta: “Şahdəniz” və “Cənub” qaz dəhlizi qlobal əhəmiyyətli layihələrdir
Azərbaycanın hazırda müvəffəqiyyətlə həyata keçirdiyi “Şahdəniz” və “Cənub” qaz dəhlizi layihələri qlobal əhəmiyyəti layihələrdir. Bu layihələr regionun, eləcə də Avropanın enerji təchizatının təmin olunmasında və diversifikasiyasında mühüm missiyanı yerinə yetirəcəklər.
Bu fikirləri ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta sentyabrın 28-də Bakıda öz işinə başlayan 3-cü Azərbaycan və Xəzər dəniz neft və qaz həftəsindəki çıxışında səsləndirib.
Səfir qeyd edib ki, ABŞ ilə Azərbaycan digər sahələrdə olduğu kimi enerji sahəsində də strateji tərəfdaşlardır.