Xəbərlər
Andrea Kattaneo: TANAP və TAP Avropanın enerji təchizatının təmin edilməsi üçün olduqca əhəmiyyətli layihələrdir
Azərbaycanın reallaşdırdığı Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz boru kəmərləri layihələri Avropanın enerji təchizatının təmin edilməsi və şaxələndirilməsi üçün olduqca əhəmiyyətlidirlər.
Bu sözləri Bakıda keçirilən 3-cü Azərbaycan və Xəzər dəniz neft və qaz həftəsindəki çıxışında “Zenith Energy LTD” şirkətinin icraçı direktoru Andrea Kattaneo səsləndirib.
O deyib ki, Azərbaycan coğrafi baxımdan çox əlverişli mövqedə yerləşir. Çünki Xəzər dənizinin böyük həcmdə neft və qaz ehtiyatları var. Bu ehtiyatların Avropa bazarına çıxarılması üçün isə Azərbaycan çox mühüm layihələr reallaşdırır. Gələcəkdə Mərkəzi Asiya regionunun enerji resurslarının da Azərbaycan vasitəsilə Avropaya nəql edilməsi imkanları var.