Xəbərlər
Azərbaycanda kompyuter və digər elektron avadanlıqların istehsalı 75,1 faiz artıb
Bu ilin yanvar-avqust aylarında kompyuter, elektron və optik məhsulların, elektrik avadanlığın istehsalı sahəsində məhsul istehsalının həcmi 109 milyon manat olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin 8 ayı ilə müqayisədə kompyuter və digər elektron avadanlığın istehsalı 75,1 faiz, elektrik avadanlığının istehsalı isə 29,4 faiz artıb. Bu dövrdə güc transformatorlarının istehsalı 5,1 dəfə, 1 kilovatdan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 12,1 dəfə artıb. Bundan əlavə, cari ildə peyk antenalarının istehsalına başlanılıb və ötən 8 ayda 2,5 min antena istehsal olunub.