YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Hər günü tariximizə Qələbə səhifəsi kimi yazılan Zəfər”

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 8 noyabr -   Zəfər Gününə həsr olunmuş “Hər günü tariximizə Qələbə səhifəsi kimi yazılan Zəfər” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə YAP Qazax rayon təşkilatının qərargahında Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edib, dərin ehtiramlarını bildiriblər.   

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. 

Giriş nitqi ilə çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəcəb Babaşov tədbir iştirakçılarını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı tarix yazan qəhrəman şəhidlərin, igid qazilərin keçdiyi şərəfli döyüş yolundan geniş danışıb. RİH başçısı, həmçinin müstəqil, suveren Azərbaycanın qazandığı nailiyyətlərdən və qarşıda duran hədəflərdən bəhs edib.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev 8 Noyabr  -  Zəfər Gününün bayramlar içərisində xüsusi yeri olduğunu diqqətə çatdırıb. Təşkilat sədri 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədən, dünya hərb tarixində yeni səhifə yazan qüdrətli Azərbaycan Ordusunun şücaətindən ətraflı bəhs edib. Natiq müdrik xalqımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da yeni uğurlara, Qələbələrə imza atacağına böyük əminliyini ifadə edib.

Tədbirdə partiya veteranı Gövhər Rəhimova, partiya fəallarından Elvin Əmiraslanov, Pəri İbrahimova çıxış ediblər. Partiya veteranı şair Cavanşir Rüstəm tarixi Zəfərə həsr etdiyi şeirini səsləndirib.

Sonda Qazax şəhər 2 saylı tam orta məktəbin şagirdləri 8 Noyabr - Zəfər Gününə həsr olunmuş şeirlər söyləyiblər.

DİGƏR Xəbərlər Arxiv