YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev yenidən Moldova Prezidenti seçilməsi münasibətilə Maya Sandunu təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Moldova Respublikasının Prezidenti seçilməsi münasibətilə xanım Maya Sanduya təbrik məktubu ünvanlayıb.

Dövlətimizin başçısı məktubunda Azərbaycan-Moldova münasibətlərinin və əməkdaşlığının bugünkü inkişaf dinamikasının məmnunluq doğurduğunu bildirib. “Biz qarşılıqlı hörmət və etimad üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, xalqlarımızın rifahı naminə Azərbaycan ilə Moldova arasında ənənəvi dostluq münasibətlərinin daha da genişləndirilməsi, bir sıra sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığın konstruktivlik zəminində bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstəriləcək.

Azərbaycan Prezidenti Maya Sanduya möhkəm cansağlığı, xoşbəxtlik, dost Moldova xalqının firavanlığı naminə ali dövləti fəaliyyətində uğurlar arzulayıb.