YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər Günü - dövlətçiliyimizin şanlı və möhtəşəm səhifəsi

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Bu il Azərbaycan xalqı, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbənin dördüncü ildönümünü böyük qürur, şərəf və fəxarətlə qeyd edir. Azərbaycanın Vətən müharibəsində böyük qələbəsi şöhrət tariximizə qızıl hərflərlə yazıldı.

Prezident, Müzəffər Ali Baş Komandan, qüdrətli Lider, yenilməz Sərkərdə cənab İlham Əliyevin qeyd etdiyi kimi, "Zəfər Günü rəşadət, ədalət, milli qürur, milli ləyaqət bayramıdır".

Tarixi Zəfər dövlətçilik tariximizin ən möhtəşəm hadisəsi kimi müstəsna əhəmiyyətə malikdir. Bu şanlı Qələbə ilə Azərbaycan:

- işğalçını cəzalandırdı, qərəzli dairələrə ədalət dərsi verdi;

- Öz ərazi bütövlüyü ilə yanaşı, tarixi ədalətin və beynəlxalq hüququn bərpasına da müvəffəq oldu;

- mürəkkəb beynəlxalq şəraitə və bir sıra təzyiq cəhdlərinə baxmayaraq, bir ölkənin öz gücü ilə işğal faktını aradan qaldıra və separatizmi məhv edə biləcəyi ilə bağlı nümunə yaratdı.

Bunlarla yanaşı, dünyaya bir sıra həqiqətləri sübut etdik və yaratdığımız reallıqlar aşkardır, inkaredilməzdir:

- Azərbaycan xalqı, sözün əsl mənasında, vahid amal uğrunda Müzəffər Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşdi, öz hədəfinə çatdı. Xalq-iqtidar birliyi, dünya azərbaycanlılarının həmrəyliyi öz sözünü dedi, bütün dünya, o cümlədən işğalçı Ermənistan və onun havadarları gücümüzü, qüdrətimizi gördü;

- İşğaldan azad edilmiş ərazilərdə aparılan nəhəng quruculuq işləri qüdrətimizin təsdiqi və Böyük Qayıdışın ən yüksək səviyyədə təmin olunmasına vacib töhfədir;

- Azərbaycanın siyasi iradəsi və yaratdığı reallıqlar əsasında regionda yeni sülh, təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşmaqdadır.

Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. 30 ildir ki, xalqımızın torpaq həsrətinə son qoyuldu, düşmən üzərində böyük qələbə əldə edildi. Məhz cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin həm siyasi arenada, həm də döyüş meydanındakı gücü, qüdrəti sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. Bu müharibədə ən əsas məqamlardan biri Xalq Ali Baş Komandan birliyi oldu. Xalqımız cənab Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək Ona və ordumuza böyük dəstək verdi. Qəhrəman, yenilməz Ordumuz isə döyüş meydanında cənab Ali Baş Komandanın əmrlərini şərəflə icra edərək düşmənə ağır zərbələr endirdi və işğal altındakı torpaqlarımızı azad etdi.

Əminliklə söyləyə bilərik ki, Azərbaycan bundan sonra da Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanaraq tarix yazacaq!

DİGƏR Xəbərlər Arxiv