Xəbərlər
“Zəfər sənə çox yaraşır, Azərbaycan!”
8 Noyabr - Zəfər Gününün 4-cü ildönümü münasibətilə Lökbatan qəsəbəsində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının və Cabbar Qaryağdıoğlu adına 9 nömrəli Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə “Zəfər sənə çox yaraşır, Azərbaycan!” adlı tədbir keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev bildirib ki, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Azərbaycan hazırda öz tarixinin çox şərəfli, inkişaf, yüksəliş dövrünü yaşayır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni qələbələrə doğru qətiyyətlə addımlayır. Zəfər Gününün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını xüsusi vurğulayan Qafar Əliyev ölkəmizin yaxın günlərdə BMT-nin İqlim Dəyişmələri Üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcəyini xüsusi qeyd edib. O deyib ki, bu mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın qəbul olunması beynəlxalq təşkilat və dövlətlər tərəfindən ölkəmizə göstərilən böyük hörmət və etimadın bariz nümunəsidir.
Sonra tədbirdə Cabbar Qaryağdıoğlu adına 9 nömrəli Musiqi Məktəbinin kollektivi tərəfindən hazırlanmış “Zəfər sənə çox yaraşır, Azərbaycan” adlı videoçarx və xüsusi kompizisiya nümayiş etdirilib.