YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə Zəfər Gününə həsr olunmuş intellektual yarış keçirilib

Şəmkirdə “8 Noyabr - Zəfər Gününə” həsr olunmuş  intellektual yarış keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının və Şəmkir rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş intellektual yarış keçirilib.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində 44 günlük Vətən müharibəsi zamanı düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Qələbə Günü kimi yazıldı. F.Vəliyev vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti sayəsində şanlı ordumuzun qazandığı tarixi qələbənin hər il qeyd olunması gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayacaq.

Çıxış edən Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Elşən Ələsgərov Zəfər Gününün xalqımızın uzun illər arzusunda olduğu azadlıq və ərazi bütövlüyünə qovuşması yolunda apardığı şərəfli mübarizəni əks etdirdiyini, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin Azərbaycanın tarixində əlamətdar bir dönüş nöqtəsi olduğunu vurğulayıb.

Elşən Ələsgərov bildirib ki, intellektual yarışın keçirilməsində məqsəd yeniyetmə və gənclərin intellektual bacarıqlarının, bilik səviyyəsinin inkişafına kömək etmək, intellektual potensiala malik gəncləri aşkara çıxarmaq, gənclərin Azərbaycanın milli-mənəvi dəyərləri və tarixi haqqında biliklərini nümayiş etdirilmələrinə şəraitin yaradılmasından ibarətdir.

İntellektual yarışın nəticələrinə əsasən I yerə “Qarabağ” komandası, II yerə “Polad Həşimov” komandası, III yerə “Liderlər” komandası layiq görülüb.

Sonda qaliblərə fəxri fərman təqdim olunub.