Xəbərlər
Zəfər Günü münasibətilə şəhid ailələri, qaziləriilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı tərəfindən 8 Noyabr - Zəfər Günü münasibətilə rayon şəhid ailələri, qaziləri ilə görüş keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, 2020-ci il noyabrın 8-də 28 illik həsrətdən sonra 2020 Azərbaycan xalqı üçün böyük tarixi əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Şuşa əməliyyatının Vətən müharibəsində dönüş nöqtəsi olduğu qeyd edilib. Şuşanın azad edilməsindən iki gün sonra - noyabrın 10-da Ermənistan kapitulyasiya aktı imzaladı.
“Hər zaman xalqımıza qələbə sevinci, qələbə duyğusu yaşadan şəhidlərimizi daim qürurla yad edir, eyni zamanda Vətən uğrunda övladlarını itirən valideynlərin, ailələrinin kədərlərini bölüşürük”.
Sonda şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.