YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabunçu rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirib.

Tədbirdə, həmçinin Oskar Əfəndiyev küçəsi 24 ərazi partiya təşkilatının sədri Şəhla Məmiyevanın “Sənə Zəfər yaraşır” adlı kitabının təqdimatı olub.

Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində düşmənin müqaviməti qırıldı və 8 noyabr şanlı tariximizə Qələbə Günü kimi yazıldı. A.Xudadanov vurğulayıb ki, kitabda Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərkərdəlik məharəti sayəsində şanlı ordumuzun qazandığı tarixi Qələbənin əhəmiyyətindən bəhs olunur.

Çıxış edən 2 nömrəli Doğum Evinin rəhbəri Səadət Şamilova qeyd edib ki, bu kitab gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayacaq.

Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elmira Həsənqızı, Əməkdar artist Mətanət İsgəndərli, 290 nömrəli orta məktəbin müəllimi Mətanət Cabbarova, bədii qiraətçilər  - Ləman Səlimova, Fidan Ağazadə çıxış edərək bildiriblər ki, kitabda Vətən müharibəsindəki şanlı Qələbənin memarı olan Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu fəaliyyəti ətraflı işıqlandırılıb.

Kitabın müəllifi Şəhla Məmiyeva Zəfər Gününün, xalqımızın uzun illər arzusunda olduğu azadlıq və ərazi bütövlüyünə qovuşması yolunda apardığı şərəfli mübarizəni əks etdirdiyini, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin Azərbaycanın tarixində əlamətdar bir dönüş nöqtəsi olduğunu vurğulayıb. 

Daha sonra Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv