YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağda Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü qeyd olunub

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə “Azərbaycan-Türkiyə: bir millət, iki dövlət” mövzusunda dəyirmi masa keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının və rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Türkiyə və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Azərbaycan və Türkiyə arasında münasibətlərin inkişaf perspektivlərindən danışıb. Azərbaycan-Türkiyə qardaşlığının əbədi olaraq yaşayacağına əminlik ifadə olunub.

Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri, “91-lər”dən biri Munis Bayramov müəllifi olduğu “Türkün dastanı” poeması əsasında qədim türk xalqlarının tarixi mənşəyi, adət-ənənələri barədə danışıb. Bildirilib ki, məhz həmin ənənələrin bu gün davam etdirilməsi nəticəsində daha da möhkəmlənən Türkiyə-Azərbaycan dostluğu Türk Dövlətləri Təşkilatının yaranması və Türk birliyinin daha da möhkəmlənməsinə mühüm təsir göstərib.

Tədbirdə çıxış edən AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri Fizuli Qurbanov qardaş ölkələrin dostluq və tərəfdaşlıq əlaqələrinin dünyada nümunəvi xarakter aldığını deyib.

Sonda “Bir millət, iki dövlət” mövzusunda videoçarx nümayiş etdirilib.