YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov Şərurda seçicilər ilə görüşüb

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası (YAP) Şərur rayon təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.

Görüşdə şəhid ailələrinin üzvləri, müharibə veteranları, rayon sakinləri iştirak ediblər.

Siyavuş Novruzov şəhid ailələrinin qayğıları ilə maraqlanıb, şücaətli, cəsur və vətənpərvər övlad yetişdirdikləri üçün şəhidlərimizin valideynlərinə dərin minnətdarlığını ifadə edib.

Vətəndaşların müraciətləri dinlənilib, onları narahat edən məsələlər nəzarətə götürülərək aidiyyəti orqanlara yönləndirilib.

DİGƏR Xəbərlər Arxiv