YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BRICS+ formatı: Müasir dünyanın yeni iqtisadi gücü

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirak edib.

BRICS Sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıblar.

Dövlətimizin başçısı sözügedən plenar iclasda çıxışı zamanı gələn ay ölkəmizdə keçiriləcək ən böyük beynəlxalq iqlim konfransına – COP29-a hazırlıq işləri çərçivəsində Azərbaycanın artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verdiyini bildirib: “İstər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində anlaşmaya nail olunmasına səy göstərəcəyik. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur”.

Son illər Azərbaycan bölgədə “yaşıl enerji”nin inkişaf etdirilməsi istiqamətində bir-birinin ardınca önəmli addımlar atır. COP29-un respublikamızda keçirilməsi, eyni zamanda, Azərbaycanın “yaşıl enerji” siyasətinə qlobal dəstəyin ifadəsidir.

Prezident İlham Əliyev COP29-a ev sahibliyi edəcəyi 2024-cü ili ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. Azərbaycan “yaşıl enerji” istehsalını artıraraq dünya bazarlarına çıxarmağı hədəfləyir və artıq bu istiqamətdə ciddi addımlar atır. Bu, ölkəmizin enerji strategiyasında yeni eranın başlanğıcı deməkdir.

Cənab İlham Əliyevin BRICS sammitində iştirakı və “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxış etməsi dövlət başçısının bu təşkilatın get-gedə beynəlxalq münasibətlərdə artan çəkisini və rolunu düzgün dəyərləndirməsinin nəticəsidir. Azərbaycanın bu təşkilata üzv olmaq marağını ortaya qoyması ölkəmizin qlobal, geostrateji hədəflərindən irəli gəlir.