YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Cənubi Qafqazda uzunmüddətli sülh üçün unikal şans yaranıb

“Qarabağın 30 illik işğaldan azad edilməsi ilə Cənubi Qafqazda uzunmüddətli sülh üçün unikal şans yaranıb”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumətin iclasının yekunlarına dair brifinqdə bildirib.

Türkiyə liderinin sözlərinə görə, Ankara “qardaş Azərbaycanın və Ermənistanın səmimi addımlarını” diqqətlə izləyir: "Biz ümid edirik ki, ən tez zamanda yaxşı xəbərlər alacağıq", - deyə Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti əmin edib ki, Ankara bundan sonra da Azərbaycandan olan qardaşları ilə addımlarını əlaqələndirəcək.

DİGƏR Xəbərlər Arxiv