Xəbərlər
Milli Məclisin deputatı Xanlar Fətiyev seçiciləri ilə görüşüb
Milli Məclisin deputatı Xanlar Fətiyev Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının qərargahında növbəti dəfə seçiciləri ilə görüş keçirib.
Qəbul zamanı seçicilərin müraciətləri dinlənilib, bəzi məsələlər yerindəcə həll edilib. Digər məsələlərin həlli isə müvafiq orqanlar qarşısında qaldırılıb.
Sonra Xanlar Fətiyev YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya və rayon icra hakimiyyətinin nümayəndələri ilə birgə şəhidlərin xatirəsinə salınmış kompleksi ziyarət edib, önünə tər güllər düzüblər.
Daha sonra onlar Bərdə rayonunda Vətən müharibəsi dövründə Ermənistan hərbi qüvvələrinin dinc əhalini “Smerc” tipli raket atəşinə tutması nəticəsində həlak olan mülki şəhidlərin ailələrinə baş çəkib.
Deputat Xanlar Fətiyev şəhid ailələrinin problem və çətinlikləri ilə maraqlanıb, onlara maddi və mənəvi dəstək göstərib.