YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Parlamentinin sədrinə 10 sual

Vahid Novruzov

Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, YAP Veteranlar Şurasının üzvü, iqtisad elmləri doktoru, professor

“Qartal külək istiqamətində yox, küləyə qarşı uçduqda yüksəklərə qalxır”.

Uinston Çerçil

Artıq sübut olunmuşdur ki, müasir dünyada gedən proseslərə yanaşma baxımından ikili standart rəsmən inkar edilən, lakin sükutla qəbul edilən və tətbiq olunan müxtəlif ölkələrin hüquq və öhdəliklərinə ayrı-seçkili yanaşma normasıdır.

Ölkəmizə qarşı münasibətdə ikili standartlar siyasəti hələ illər öncə 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən haqlı olaraq tənqid edilmişdir. Dövlətimizin başçısı diqqəti ona yönəltmişdir ki, Azərbaycana qarşı çox çirkin kampaniya aparılır və bu kampaniya vacib beynəlxalq tədbirlər ərəfəsində xüsusilə gücləndirilir. Çox təəssüf ki, belə qeyri-hüquqi və qeyri-bəşəri yanaşma bu gün daha şiddətlə davam etməkdədir.

Ölkəmizə qarşı Qərbin ikili standartları xüsusən də Qarabağ məsələlərində özünü daha qabarıq göstərir: ikiüzlülük faktiki olaraq əksər qərb ölkələrinin və Avropa Parlamentinin siyasətçiləri üçün çoxdan milli mərəzə çevrilmişdir.

1. Burada mütəfəkkirlərimizdən birinin kəlamını xatırlamaq yerinə düşərdi: “Tazı altı ayda mərəz olardı, yəni tazılıq həddinə çatardı”.

İkili standartlar bunda özünü göstərir ki, eyni bir vəziyyət tazı siyasətçilər tərəfindən onlara sərf etməsindən asılı olaraq, ya pislənə, ya da dəstəklənə bilir. Bu baxımdan, bu günlərdə Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi Qətnamə də istisna deyildir.

İlk növbədə onu qeyd etmək istərdim ki, Qətnamə ilə tanış olduqdan sonra bunun bir samballı qurum tərəfindən yox, sıravi meydan boşboğazlarının sözləri kimi səslənməsi qənaətinə gəldim. Çünki, heç bir hüquqi müddəaya və beynəlxalq tələblərə məhəl qoyulmadan hazırlanmış bu Qətnamə həm də yalan və böhtanla dolu bir qarayaxmadır. Bircə misal gətirməklə kifayətlənirəm ki, Qətnamə ermənilərə qarşı zülm həyata keçirildiyini, ermənilərin aclığa və qorxuya məruz qaldıqlarını, ərazilərinin işğal edildiyini, günahsız həbs olunduqlarını ehtiva edir. Halbuki, Azərbaycan tərəfi dəfələrlə bəyan edildiyi kimi ermənilərin maddi, hüquqi və mənəvi müdafiələrinin təminatı sahəsində əməli təkliflər irəli sürmüş və münaqişənin dinc yolla həllinə cəhdlər göstərmişdir.

Əminliklə demək olar ki, Qətnamənin yeganə məqsədi Azərbaycana qarşı çirkli kampaniyanın gücləndirilməsinin zəruri olduğunu göstərməkdir. Heç bir insan hüquqlarının müdafiəsini özünün əsas vəzifəsi hesab edən qurum dövləti cinayətdə və insanlığa qarşı yol verilmiş vəhşiliklərə əl qoymuş şəxslərin – erməni separatçılarının siyasi məhbus adı altında müdafiəsinə və onların azad olunmasına çağırış etməz. Buna əsil təxribat deməyəsən, nə deyəsən.

Avropa Parlamentinin heç bir əndazəyə sığmayan hədyanə Qətnaməsində Ermənistan silahlı qüvvələrinə Avropanın sülh fondundan (fikir verin sülh fondundan) ayrılan yardımın alqışlanması bir yana, bu sahədə dırnaqarası əməkdaşlığın gücləndirilməsinə digər ölkələrin də qoşulmalarına həyasız bir çağırışdır. Avropalı deputatlara, elə avropalı bir dahinin fikirlərini xatırladım: “Parlamentin məqsədi – yumruq davasını söz davası ilə əvəz etməkdir”. Bəs sizlər nə məzhəbə qulluq edirsiniz ay qara guhurçular.

Qısa giriş sözündən sonra mən Avropa Parlamentinin sədri, əvvəllər isə bu qurumda insan hüquqlarının qoruyucusu kimi vəzifə sahibi olan Roberta Metsolaya bir neçə sualla müraciət etmək istərdim.

Xanım Metsola

1). Xahiş edirəm deyəsiniz ki, böyük səlahiyyət sahibi olduğunuz halda Azərbaycan ərazilərinin işğalı və uzunmüddətli blokadaları barədə niyə bir dəfə də olsa danışmamısınız?

2). Lütfən, deyə bilərsinizmi dəfələrlə represiyalara məruz qalmış, Ermənistandakı öz ata-baba yurdlarından zorla çıxarılmış, soyqırıma məruz qalmış, yüz minlərlə Qərbi Azərbaycanlıların taleyi sizi niyə maraqlandırmayıb? Və indi də maraqlandırmır? Axı siz Roma papası ilə görüşdə hər bir insanın zəruri dəstək və müdafiəsinə təminat verən yanaşmanın tərəfdarı olduğunuzu bildirmisiniz.

3). Rəhbərlik etdiyiniz qurumun qətnaməsində nə haqla suveren Azərbaycan ərazisi olan Qarabağ barədə siz məlumatsızlıqdan, ya da sayqısızlıqdan, fərq etməz, artıq mövcud olmayan Dağlıq Qarabağ ifadəsi işlətmisiniz?

4). Nə əsasla bir il bundan əvvəl Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra bizim ölkəyə “etibarsız tərəfdaş” adını dilə gətirmisiniz? Axı Azərbaycan beynəlxalq norma və konvensiyalara riayət etməklə öz ərazi bütövlüyünü bütün dünyanın, elə sizin özünüzün də tanıdığı sərhədlər daxilində təmin etmişdir. Axı siz həm də hüquq üzrə aspirantura təhsili almısınız.

5). Xəbəriniz varmı bu “dahi dəyərləndirmə”nizdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sizi popurist adlandırıb?

6). Avropa Parlamentinin rəhbəri olduğunuz bu son illərdə islamofobiya və türkofobiyanın sizin qurumun daxilində qadağan olunması istiqamətində hansı addımlar atmısınız? (Təəssüf ki, heç bir addım). Belə olan halda siz hansı hüquqla və üzlə digərlərinə “hüquq dərsi” keçərək senzura tətbiq etməyi tələb edirsiniz. Sizə insan hüquqlarını beləmi müdafiə etməyi öyrədiblər, ya şirnikləndirici təsirlər sizə mane olur?

7). 2022-ci ildə Avropa Parlamentini silkələyən korrupsiya qalmaqalından sonra şəffaflıq naminə qəbul etdiyiniz yeni Etika Kodeksinin tələblərini nə əsasla özünüzə şamil etməmisiniz? Bəlkə əriniz Ukko Metsolanın Avropa İttifaqında geniş vüsət almış lobbiçilik fəaliyyətinə mane olmamaq üçün?

8). Beynəlxalq şəffaflıq təşkilatının sizə ünvanladığı iradı niyə aradan qaldırmırsınız?

9). Avropa Parlamentini qohumbazlıq yuvasına çevirmək cəhdinizdən bütün dünyanın xəbəri olmasından halisinizmi?

10). COP-a qarşı qərəzli siyasətinizin əsasında ərinizin kruiz biznesinə təsirlər durmadığına dair sübutlarınız varmı?

Şərhin sonuna yaxın Avropa Parlamentinin “sözəbaxan” və bəzi “ələbaxan” deputatları kimilərinə bizim onlara münasibətimizi dahi Çerçilin çox sevərək işlətdiyim bir kəlamı ilə bitirmək istərdim: “Əgər hər hürən itə siz dayanıb daş atsanız, nəzərdə tutduğunuz yerə heç vaxt gedib çata bilməzsiniz”.

Ölkə Prezidenti cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan dünyaya açıq bir ölkə olmaqla xarici əlaqələrin qurulmasında çox maraqlıdır.

Möhtərəm Prezidentimizin bu siyasəti yalnız qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əməl olunması, ikili standartlara yol verilməməsi üzrərində qurulmuşdur. Bu baxımdan Prezident İlham Əliyevin özünün sözlərini xatırlatmaq yerinə düşərdi: “Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlə qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk... Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə, bax, bu istiqamətdə gedəcəyik”.