YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası Qazaxda baş tutub

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qazax  rayon təşkilatının və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

Aksiya Heydər Əliyev adına parkın ərazisində baş tutub.

Aksiya zamanı ərazidə 500 ədəd həmişəyaşıl ağac tingi əkilib, onlara müvafiq aqrotexniki qulluq göstərilib.