YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Samuxda deputat partiya fəalları ilə görüşüb

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının təşəbbüsü ilə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı partiya fəalları ilə görüşüb.

COP29-un Azərbaycanda keçirilməsinə həsr olunan görüşdə əvvəlcə videoçarx nümayiş olunub.

Görüşdə çıxış edən Mübariz Qurbanlı ölkəmizin COP29-a ev sahibliyi etməsindən bəhs edib. O, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin bu gün ekoloji sahədə Azərbaycan dövlətinin inkişaf strategiyasının reallıqlarını ifadə etdiyini deyib.

Daha sonra çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov COP29 tədbirlər planına uyğun olaraq ölkədə aparılan genişmiqyaslı işlərdən və ətraf mühitin qorunması naminə ekoloji maarifləndirmə tədbirlərinin önəmindən danışıb.