YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müstəqilliyi əbədidir!

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafin təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rüfət Sahibsoy 1991-ci il oktyabrın 18-də Konstitusiya Aktı qəbul edilməklə ölkəmizin dövlətçilik ənənələrinin dirçəldilməsində, müstəqilliyimizin bərpa olunmasında mühüm tarixi hadisənin baş verdiyini deyiblər. Natiqlər Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafında müstəsna xidmətlərindən, müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində apardığı müdrik siyasətdən danışıblar. Qeyd olunub ki, Ümummilli Liderin strateji kursu hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Özünün müdrik, uzaqgörən və qətiyyətli Liderinin rəhbərliyi ilə möhtəşəm uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!”

Partiya fəalları Elza Hüseynova, Sənan Məmmədli də çıxışlarında Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsinin əhəmiyyətindən danışıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.