YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni, bütövləşən Azərbaycan zəfərdən-zəfərə addımlayır

YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatında növbəti görüş keçirilib

Oktyabrın 22-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının General Şıxlınski küçəsi 11 ünvanı üzrə ərazi partiya təşkilatında partiya üzvləri ilə növbəti görüş keçirilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov qalib, bütövləşən, yeni Azərbaycanın davamlı uğurlarından geniş bəhs edib. Bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində yaradılan möhkəm təməl hədəflərə doğru inamla addımlamağı şərtləndirir. Prezident İlham Əliyev son 21 ildə Azərbaycanı möhkəm təməl üzərində daha da inkişaf etdirərək zəfərdən-zəfərə aparır. Günümüzün əsas çağırışı budur ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Azərbaycan hər bir hədəfə zamanında nail olur.

Vüqar Hüseynov uğurlarımızda ölkədə gedən bütün proseslərin mərkəzində dayanan Yeni Azərbaycan Partiyasının rolundan, tarixi Zəfərimizin reallıqları əsasında 2021-ci ilin sonunda təsdiqlənən “Biz birlikdə güclüyük!” devizi altında yeni Proqramdan irəli gələn vəzifələrin uğurlu icrasından bəhs edib.  YAP monolot partiya kimi cəmiyyətdə qazandığı nüfuzu daha da artırır. Seçkil ili kimi tarixə yazılacaq 2024-cü ildə keçirilən prezident və parlament seçkiləri günümüzün bütün reallıqlarının təqdimatında əhəmiyyətli rol oynadı. Yeni Azərbaycan Partiyasına xalqın inamı və etimadı sonsuzdur. Ümummilli Lider Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışı bütün dövrlərdə öz aktuallığını saxlamaqla yanaşı, partiyanın fəaliyyətinin əsasını təşkil edir.

Tədbirdə çıxış edən partiya üzvləri Rafael Mehdiyev, Fərqanə Salmanova, Nigar Quliyeva, Aynur Səmədova və Zərinə Rəfibəyova   tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının hər birimizdə yaratdığı böyük qürur hissindən bəhs ediblər. Bildiriblər ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan inkişaf, tərəqqi yolu Azərbaycanı zəfərlərə aparır. Dövlət başçısı İlham Əliyev son 21 ildə Azərbaycana qazandırdığı uğurlarla Ümummilli Liderin 2003-cü ildə xalqa müraciətində ifadə etdiyi inamı, etimadı doğrultdu. Biz fəxr edirik ki, Heydər Əliyev kimi Ulu Öndərimiz, cənab İlham Əliyev kimi Prezidentimiz var. Ümummilli Lider müstəqilliyimizin, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəfərimizin müəllifi, torpaqlarımızın xilaskarı kimi adını tarixə qızıl hərflərlə yazdırdılar.

Sonda təşkilatı məsələyə baxılıb. Günay İsmayılova YAP Xətai rayon təşkilatının General Şıxlınski 11 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Sevinc Abdullayeva sədr müavini seçiliblər.