Xəbərlər
“Nə? Harada? Nə zaman?”
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş intellektual oyuna start verilib
Oktyabrın 19-da Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” ümumrespublika intellektual oyununa start verilib.
YAP-ın yerli təşkilatlarını və Gənclər Birliyini təmsil edən 85 komandanın iştirakı ilə keçirilən intellektual oyunun seçmə mərhələsi üzrə yarışlar Bakı, Quba, Qəbələ, Şəmkir, Ağcabədi, Masallı, Kürdəmir və Naxçıvanda təşkil olunub.
Komandaları təmsil edən ümumilikdə 680 gənc ekologiya və biomüxtəliflik, Azərbaycanın təbiəti, flora və faunası, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə ekologiya sahəsində görülmüş işlər, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan ekoloji siyasət və Heydər Əliyev Fondu tərəfindən bu istiqamətdə həyata keçirilən fəaliyyət ilə əlaqədar sualları cavablandırıblar.
8 qrup üzrə ümumilikdə 22 qalib komanda oktyabrın 26-da “Gülüstan” sarayında keçiriləcək final mərhələsində I-III yerlər uğrunda mübarizə aparacaqlar.