Xəbərlər
Sevinc Hüseynova Gədəbəydə seçiciləri ilə görüşüb

Oktyabrın 19-da Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova Gədəbəy şəhərində və rayonun Slavyanka kəndində vətəndaş qəbulu keçirib.
YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyevin də iştirak etdiyi qəbul zamanı vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən, sosial, məşğulluq, elektrik, qaz təchizatı və digər məsələləri əhatə edib.
Görüşdə vətəndaşları narahat edən problemlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.