Partiya xəbərləri
YAP Təftiş Komissiyasının iclası keçirilib
Oktyabrın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının növbəti iclası keçirilib. İclasda Auditorlar Palatasının nümayəndələri də iştirak ediblər.
YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iclasın gündəliyi və müzakirəyə çıxarılan məsələlər barədə məlumat verib.
İclasda Təftiş Komissiyasının üzvləri, həmçinin auditorlar tərəfindən partiyanın yerli təşkilat aparatlarının YAP Təftiş Komissiyasına daxil olan maliyyə-təsərrüfat fəaliyyətinə dair rüblük hesabatlarının təhlili işinin təşkili müzakirə olunub.
YAP Təftiş Komissiyasının üzvləri gündəlikdə duran məsələlərə münasibət bildiriblər.