YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq-ordu-iqtidar birliyi çoxsaylı uğurları təmin edib

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

Qarabağdakı qanunsuz silahlı birləşmələrə, separatizmə tamamilə son qoyulması, bayrağımızın yenidən həsrətini çəkdiyimiz ərazilərdə dalğalanması qürurverici hadisədir. İşğal altında olan bütün ərazilər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Bu baxımdan Ağdərədə, Əsgəranda, Xankəndidə və digər ərazilərimizdə dalğalanan bayraq bütün təxribatçı qüvvələrə sanballı cavabdır. Bu, həm də Ermənistana, ona havadarlıq edən qüvvələrə ünvanlanan mesaj kimi də dəyərləndirilə bilər.

Azərbaycan bununla bütün dünyaya, eləcə də ermənipərəst dairələrə göstərdi ki, onu heç kim, heç nə dayandıra bilməz. Bundan başqa, baş verənlər göstərdi ki, Prezident İlham Əliyev başlatdığı işi hökmən sona çatdırır. Necə ki, biz dəfələrlə bunun şahidi olduq. Dövlət başçısı 2023-cü il oktyabrın 15-də Xankəndidə xalqa müraciətində qeyd edib: “Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir”.

Bununla yanaşı, cənab İlham Əliyev öz müraciətində ordumuzun və xalqımızın fədakarlğını, cəsarətini, qətiyyətini və mübarizliyini yüksək qiymətləndirdi, Vətənimizin azadlığı uğruda həlak olan şəhidlərimizi ehtiram hissi ilə yad elədi. Ali Baş Komandan bildirdi ki, Azərbaycan Silahlı Qüvvələri həm Vətən mühahribəsi dönəmində, həm də postmüharibə dövründə böyük qəhrəmanlıqlara imza atıb, erməni faşizminin başını əzib. Təbii ki, dövlət başçısının məlum açıqlaması Azərbaycan Ordusunun gücünə, peşəkarlığına və vətənpərvərliyinə verilən yüksək qiymətdir. Doğrudan da, istər Vətən müharibəsində, istərsə də lokal antiterror tədbirləri zamanı məhz ordumuzun qüdrəti, xalqımızın fədakarlığı bu böyük, çoxsaylı uğurların təminatçısı oldu.