Xəbərlər
Deputat Malik Həsənov vətəndaş qəbulu keçirib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, 71 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə Milli Məclisin deputatı Malik Həsənov Cəlilabad rayonu, Heydər Əliyev Mərkəzində vətəndaş qəbulu keçirib.
Görüş zamanı Malik Həsənov vətəndaşların problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.
Seçicilərin qaldırdıqları məsələlər əsasən, məşğulluq, maddi yardım, təhsil, səhiyyə və s. sahələri əhatə ədib. Görüşdə vətəndaşları narahat edən problemlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.