Xəbərlər
Deputat Heydər Əsədov seçiciləri ilə görüşüb
Milli Məclisin deputatı Heydər Əsədov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının qərargahında vətəndaş qəbulu keçirib.
Görüş zamanı deputat Heydər Əsədov vətəndaşların problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.
Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən, sosial şəratin yaxşılaşdırılması, məişət problemləri və işlə təminat kimi məsələlərlə bağlı olub.
Görüşdə vətəndaşları narahat edən problemlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlərin həlli üçün tədbirlər görüləcəyi diqqətə çatdırılıb və bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Deputat, həmçinin Şirvan şəhərinin məhəllələrində sakinlərlə görüşlər keçirib, onların arzu və istəklərini, təkliflərini dinləyib.
Qeyd edək ki, vətəndaşların istək və maraqlarını nəzərə alan Heydər Əsədovun şəxsi təşəbbüsü ilə Şirvan şəhərinin bir neçə məhəlləsində təmir-bərpa işləri aparılıb. Görülən işlər ərazidə yaşayan sakinlərin rahatlığını təmin etmək məqsədi daşıyır. Həmçinin, deputat iki şəhid övladının təhsil xərclərini öz üzərinə götürüb.