YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu Qələbə bizim tariximizdə əbədi olacaq

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Əsrlərlə yaşayacaq bir həqiqət var. Zəfər tariximizin, şanlı Qələbəmizin əsas memarı Ali Baş Komandan İlham Əliyevdir. Məhz cənab İlham Əliyevin bir Lider kimi peşəkarlığı, uzaqgörənliyi və çevik manevr qabiliyyəti xalqımızın apardığı bu müqəddəs mübarizənin möhtəşəm Qələbə ilə başa çatmasını təmin etdi.

2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi və digər tarixi ərazilərdə Dövlət Bayrağımızın ucaldılması münasibəti ilə xalqa müraciət etdi. Hər bir Azərbaycan vətəndaşı kimi əminəm ki, Azərbaycan Bayrağı o torpaqlarda sonsuza kimi dalğalanacaq, əbədi olaraq xalqımıza sevinc və qürur hissi bəxş edəcək. Xankəndidə şanlı bayrağımızın dalğalanması isə tarixin bütün dönəmlərində verilən şəhid qanının alınması qədər qürurverici və sevinclidir.

Dövlətimizin başçısı Xankəndi şəhərinin tarixi adını özünə qaytardı, ölkəmizin suverenliyini tam təmin etdi. Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq bütövləşdi. Bu baxımdan deyə bilərik ki, ən yeni tariximizdə parlaq bir səhifə açıldı. Cənab İlham Əliyev çıxışında böyük iftixarla demişdir: “Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir”.

Prezident İlham Əliyevin Xankəndi şəhərində etdiyi çıxış, Azərbaycan xalqına ünvanladığı müraciət olduqca qürurverici məqamdır. Dövlət başçısı bu çıxışında Qarabağda separatçı hərəkatın genişləndirilməsi, Ermənistanın işğalçılıq siyasətinə zəmin hazırlanması üçün istifadə olunmuş mexanizmlər barədə məlumat verdi. Bu prosesə stimul vermiş daxili və xarici düşmənlərin kimliyini tanıtdı. 1990-cı illərdə Ermənistanın arxasında dayanıb onu Azərbaycan torpaqlarını işğal etməyə cəsarətləndirən dövlətlərin bu gün də ölkəmizlə düşmənçilik, rəsmi İrəvanla dostluq etdikləri vurğulanıb. Azərbaycan Prezidentinin Xankəndidəki nitqi bütövlükdə bu cür tezislərlə zəngindir. Eyni zamanda, bu çıxış xalqımıza dostu ilə düşmənini fərqləndirə bilmək üçün istiqamət verir.