YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Bakı bu gün həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır

Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına ev sahibliyi edən Bakı bu gün yalnız qlobal telekommunikasiya mərkəzi deyil, həm də beynəlxalq rəqəmsal əməkdaşlıq məkanıdır.

Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının iştirakçılarına müraciətində yer alıb.

Konfrans çərçivəsində, eyni zamanda, Bakı şəhərində BTİ-nin Regional Akselerasiya Mərkəzinin açılmasının planlaşdırıldığını diqqətə çatdıran Azərbaycan Prezidenti əlavə edib: “BTİ-nin qlobal innovasiya şəbəkəsinin bir hissəsi olacaq bu Mərkəz region üçün innovasiya və sahibkarlıq sahəsində aparıcı platformaya çevriləcəkdir”.