YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı milli-mənəvi dəyərlərinin işığında yaşayır

“Bakıda Azərbaycan ədəbiyyatı tarixinin görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışı ölkəmizin mədəni həyatında baş vermiş əlamətdar hadisədir. Bu münasibətlə sentyabrın 30-da keçirilmiş dövlət tədbirində Prezident İlham Əliyevin iştirakı bu hadisənin əhəmiyyətini xüsusi vurğulayır”.

Bu fikirləri Milli Məclisin deputatı Kamaləddin Qafarov bildirib.

Deputat qeyd edib ki, dövlət başçısı tərəfindən Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün iki Sərəncam imzalanmışdır. “Bildiyimiz kimi, bu Sərəncamlardan biri əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncamla görkəmli xalq sənətkarının abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu. Prezident İlham Əliyevin abidənin açılış mərasimindəki çıxışında qeyd olunduğu kimi, Aşıq Ələsgər 97 yaşına qədər Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşayıb yaratmışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. 1918-ci ildə erməni şovinistləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından – Qərbi Azərbaycandan ilk deportasiyası idi”.

K.Qafarov bildirib ki, dövlət başçısının sözügedən çıxışı Qərbi Azərbaycandan olan soydaşlarımızın qəlblərində yanan ümid çırağını daha da alovlandırmışdır: “Burada bir çox önəmli məqamlar yer almışdır ki, onların da hamısı Azərbaycanın gec-tez tarixi ədalətin tam bərpa edilməsinə nail olacağına, Qərbi azərbaycanlıların da nə vaxtsa öz dədə-baba torpaqlarına qayıdacaqlarına xalqımızın inamını dəfələrlə artırır. Məlumdur ki, ermənilər 30 illik işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda bizim tarixi abidələrimizi, məscidlərimizi, saraylarımızı, qəbiristanlıqlarımızı dağıtdıqları kimi, bundan illər öncə Qərbi Azərbaycanda da bu vandallıqları törətmişlər. O cümlədən, 1970-ci illərdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi münasibətilə sənətkarın doğma Ağkilsə kəndində ucaldılmış abidəsi də 1980-ci illərin sonları - 1990-cı illərin əvvəllərində, xalqımızın üçüncü deportasiya dalğasına məruz qoyulduğu dövrdə erməni vandalları tərəfindən dağıdılmışdır. Cənab İlham Əliyev xüsusilə belə bir məqama diqqət yönəltmişdir ki, 1918-ci ildə və 1940-50-ci illərdə baş vermiş ilk iki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmışdır. Əlbəttə ki, bu hal belə bir əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar da öz dədə-baba torpaqlarına qayıdacaqlar. Dövlətimizin başçısı birmənalı olaraq bildirdi ki, gün gələcək və Azərbaycan xalqı Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcək, Ağkilsə kəndində bununla bağlı mərasim keçiriləcək. Azərbaycan Prezidentinin hər sözünün imzası qədər dəyərli olduğunu isə sadəcə xalqımız deyil, bütün dünya yaxşı bilir”.

DİGƏR Xəbərlər Arxiv