YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aşıq Ələsgərin özəlliyi və böyüklüyü ondadır ki...

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

Azərbaycan aşıq sənətinin inkişafında Aşıq Ələsgərin müstəsna xidmətləri olub. Ustad sənətkarın fitri söz qoşması, iti hafizəsi bu gün də dillər əzbəridir. Aşıq Ələsgər ümumən türk dünyasında böyük yaradıcılardan biridir.

Məlum olduğu kimi, milli dəyərlər böyük bir tarixi yoldur. Bu yol milli yaddaşdan başlanır. Milli dəyər yoxdursa, millətin yaşaması sual altına düşür. Millətin mənəvi dünyası zəngin olanda onu məhv etmək mümkün olmur. Aşıq Ələsgərin haqq dünyasından qopub gəldiyinə aid əsərlərində işarələrə rast gəlinir. Ələsgərin özəlliyi və böyüklüyü ondadır ki, məhz həqiqətdən dərs aldığını yaradıcılıq fəaliyyəti ilə sübut edib. Onun adı daim iftixarla çəkilməyə layiqdir.

Aşıq Ələsgər aşıq sənətinin incəliklərinə dərindən bələd idi. Bu səbəbdən o, özündən sonra sözün əsl mənasında məktəb qoyub gedə bildi. Ələsgərin adı gələndə hər birimizin ona sayğısı yaranır. Ələsgərin meydana çıxması təsadüfi hadisə deyildi. O, haqq aşığı ənənəsinin qeyri-adi, bənzərsiz ifadəçilərindən biri idi. Onun yaradıcılığı bu gün də diqqətlə öyrənilir, yubileyləri dövlət səviyyəsində qeyd edilir. Dahi sənətkarın 200 illik yubileyi ilə bağlı dövlət başçısının sərəncamları bunu sübut edir.

Bu günlərdə isə Prezident İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etməsi və dövlət başçısının çıxışı milli dəyərlərə hörmətlə yanaşı, Qərbi azərbaycanlıların dogma yurda qayıdışa ilə bağlı bir ümid, inam idi.

Suverenliyimizin tam təmin olunması Qərbi azərbaycanlıların nikbinlik hisslərini, ümidlərini daha da artırmışdır. Hədəflər strateji, taktiki, qısamüddətli və uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək. Antiterror tədbirlərindən ötən il ərzində biz bunu gördük. Azərbaycana ikili standartlar mövqeyindən yanaşan bəzi Qərb dövlətləri beynəlxalq platformalarda ölkəmizə qarşı açıq hücuma keçmişdilər. Bu gün də bu çirkin siyasət davam etdirilir. Bizim işimiz isə haqq işidir və bunu Azərbaycan xalqı dəstəkləyir. Qarabağ və Şərqi Zəngəzuru azad olunması, dövlət suverenliyimizin tam təmin olunması Azərbaycan xalqının iradəsi, qəhrəman övladlarımızın şücaəti hesabına mümkün olmuşdur. İnşallah biz Qərbi Azərbaycana, tarixi yurdumuza dönəcəyik.

DİGƏR Xəbərlər Arxiv