YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda Ulu Öndər Heydər Əliyevə həsr olunan konfrans

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının və Yevlax Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərbaycanın hərtərəfli inkişafında dahi Heydər Əliyevin misilsiz xidmətləri” mövzusunda konfrans keçirilib.

Konfransda YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Fazil İsmayılov, partiya fəalları və xəstəxananın kollektivi iştirak edib.

Əvvəlcə müasir, müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından qurban verən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Yerli təşkilatın sədri Rafiq Əliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın maraqları naminə həyata keçirilən misilsiz xidmətlərindən geniş bəhs edərək qeyd edib ki, qürurla bildirməliyəm ki, müasir və güclü Azərbaycan Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə dahi Öndərin müdrik ideyaları əsasında saysız-hesabsız uğurlara imza atmaqdadır.

Milli Məclisin deputatı İlham Məmmədov çıxışında bildirib ki, əgər Ulu Öndər Heydər Əliyev olmasa idi, bugünkü müstəqil, müasir Azərbaycan var olmazdı: “Hər birimiz vətəndaş olaraq əldə etdiyimiz nailiyyətlərə görə Ümummilli Liderə minnətdarıq. Dahi Lider Heydər Əliyevin böyük siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanda hər kəsin sağlam ətraf mühitdə yaşaması, milli ruhda tərbiyə olunması, milli dəyərlərimizin qorunması istiqamətində uğurlu siyasət həyata keçirir. Bu isə Azərbaycanın çoxşaxəli inkişafını təmin edir”.

“Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Fazil İsmayılov diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyev bütün sahələrə xüsusi diqqət göstərdiyi kimi, insanların sağlam yaşaması və ölkəmizə layiqli vətəndaş olması istiqamətində də çox mühüm tədbirlər həyata keçirib: “Azərbaycanın hər bölgəsində ən müasir tibbi-texniki avadanlıqlarla təchiz olunmuş tibb müəssisələri fəaliyyət göstərir. Bu da məhz xalqımızın sağlam yaşaması naminədir.

Qeyd edilib ki, Yevlax səhiyyəsinin işçiləri hər zaman cənab İlham Əliyevin ətrafında sıx birləşərək, Cənubi Qafqazın ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının üzvü olduqlarına görə böyük qürur hissi keçirir.

Konfransda Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatındakı fəallığına və səhiyyə sahəsindəki xidmətlərinə görə bir qrup şəxsə YAP Yevlax rayon təşkilatının Fəxri Fərmanları təqdim olunub. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin yaratdığı və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının üzvlüyünə yeni qəbul olunmuş bir qrup tibb işçisinə partiya vəsiqələri təqdim olunub.